Bakı. Trend:
2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil edib, qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olub.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Nazir vurğulayıb ki, regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur.
“Azərbaycanda torpaq fondunun 55 faizi, istehlak olunan suyun isə 70 faizindən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq”, - deyə M.Məmmədov qeyd edib.
