2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub - Məcnun Məmmədov

Cəmiyyət Materials 25 May 2026 16:43 (UTC +04:00)
2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub - Məcnun Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Nazir vurğulayıb ki, bu istehsal iki sahə - heyvandarlıq və bitkiçilik arasında demək olar, əlli-əlliyə paylanıb.

“Bu da bizə əsas verir ki, hər iki istiqamətin ölkənin aqrar sahəsinin inkişafında önəmli rolu olduğunu nəzərə alaq və prioritetlərimizi ona görə müəyyənləşdirək. Ümumilikdə aqrar sahədə meyvə-tərəvəz, əkinçilikdə dənli paxlalılar və kartof, heyvandarlıqda süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilməsində faydalı olur. Dənli paxlalı bitkilərin istehsalı isə ümumilikdə digər bitkiçilik məhsulları ilə müqayisədə iqtisadi səmərəliliyi aşağı olsa belə, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir və ona görə də bu bizim üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Süd və ət istehsalının aqrar sahədə payı olduqca yüksəkdir. Bu da bizə əsas verir ki, yeni Dövlət Proqramında heyvandarlığın inkişaf etdirilməsi istiqamətində prioritet sahələrə önəm verək”, - deyə M.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti