Bakı.Trend:
Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: "Bir müddət bundan əvvəl
Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd
təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın,
qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət
investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək
investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və
qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu
proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki,
bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə
yetiriləcəkdir".
