Hazırda məişət zorakılığından zərər çəkmiş 16 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir

Cəmiyyət Materials 25 May 2026 16:16 (UTC +04:00)
Hazırda məişət zorakılığından zərər çəkmiş 16 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 şəxsə xidmət göstərilir.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan 10 nəfəri uşaqdır. Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

Qeyd olunub ki, ötən dövrdə burada 48-i uşaq olmaqla 74 nəfərlə reabilitasiya işi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti