Danışıqlar iflasa uğrasa ABŞ döyüş meydanına qayıdacaq - Tramp

Dünya xəbərləri Materials 25 May 2026 17:00 (UTC +04:00)
Danışıqlar iflasa uğrasa ABŞ döyüş meydanına qayıdacaq - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və Yaxın Şərqdə genişmiqyaslı siyasi razılaşmanın əldə olunmasına çağırış edib.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında paylaşım edib.

O qeyd edib ki, İran İslam Respublikası ilə danışıqlar yaxşı gedir və yekunda ya hamı üçün möhtəşəm razılaşma, ya da ümumiyyətlə heç bir razılaşma olmayacaq.

“Əks halda yenidən döyüş meydanına qayıdılacaq, amma əvvəlkindən daha böyük və daha güclü şəkildə. Bunu isə heç kim istəmir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Saud, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə və digər regional liderlərlə keçirdiyi müzakirələr zamanı “İbrahim Razılaşmaları”nın genişləndirilməsi məsələsini qaldırıb.

Onun sözlərinə görə, ABŞ-nin bölgədə mürəkkəb diplomatik balans yaratmaq üçün gördüyü işlərdən sonra region ölkələrinin ən azından eyni vaxtda “İbrahim Razılaşmaları”na qoşulması vacibdir.

Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya bu təşəbbüsə qoşulmağa hazır olmalıdır. O xatırladıb ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn artıq razılaşmanın iştirakçılarıdır.

“Bu razılaşmalar Yaxın Şərqə son 5 min ildə ilk dəfə real güc, qüdrət və sülh gətirə bilər”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti