Venesuela həbsxanasında məhbuslar qiyam ediblər (VİDEO)

Dünya xəbərləri Materials 25 May 2026 19:12 (UTC +04:00)
Venesuela həbsxanasında məhbuslar qiyam ediblər (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Venesuelanın Barinas ştatının cəzaçəkmə müəssisəsində iğtişaş baş verib. Məhbuslar islah müəssisəsinin ərazisini ələ keçiriblər.

Trend xəbər verir ki, bu barədə Venesuela Həbsxanalarının Monitorinq Mərkəzi (Observatorio Venezolano de Prisiones) qeyri-hökumət təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, mayın 24-də “INJUBA həbsxanasının 1,3 mindən çox məhbusu, o cümlədən qadınlar tətilə başlayıb. Saxlanılan şəxslərin sözlərinə görə, yaxın vaxtlarda müəssisəyə yeni direktor təyin olunub və bundan sonra sərt axtarışların sayı artıb. Həmin axtarışlar zamanı şəxsi əşyaların qəsdən məhv edildiyi, 120-dən çox şəxsin isə cəza tipli təcridetmə kameralarına yerləşdirildiyi qeyd olunub. Məhbuslar həmçinin mütəmadi döyülmələr və işgəncələrin tətbiq edildiyini bildiriblər.

Həbsxanaların Monitorinq Mərkəzi mümkün nəticələrə görə məsuliyyəti penitensiar sistem məsələləri üzrə nazir Xulio Qarsiya Serpanın üzərinə qoyub. Venesuela hakimiyyəti isə bu məlumatı şərh etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti