Bakı. Trend:
“MET-AK” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Trend
agentliyə istinadən xəbər verir ki, investisiya dəyəri 16,3 milyon
manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının
ərazisində müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı
istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7
milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident
statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox
investisiya yatırılıb.
