“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna transfer edilib

İdman Materials 25 May 2026 17:41 (UTC +04:00)
“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna transfer edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “Bursaspor” klubu “Qarabağ”ın müdafiəçisi Toral Bayramovu transfer edib.

Trend xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

“Qarabağ” FK Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

Qeyd edilib ki, 2020-ci ildən əsas komandada çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, “Qarabağ”la 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Toral Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti