Bakı. Trend:
Tbilisi istiqamətində səfərə hazırlaşan sərnişin Vələddin Yusibov uzun illərdən sonra ata yurduna yollandığını bildirib.
Trend xəbər verir ki, o, səfərdən öncə jurnalistlərə açıqlamasında altı ildir, Tbilisiyə getmədiyini bildirib:
“Altı ildir getməmişdim, indi gedirəm. Ata yurdumdur, ora ilə bağlılığım var”.
Sərnişin həmçinin yaradılan şəraitə görə təşəkkür edib:
“Sağ olsun rəhbərlik ki, bu şəraiti yaradıblar”.
V.Yusibov həmçinin biletlərin qiymətini də müsbət qiymətləndirib.
