Bakı. Trend:
Tbilisiyə ilk dəfə səyahət edəcək sərnişinıərdən olan Esmira İbrahimova biletlərin qiymətlərindən məmnun olduğunu bildirib.
Trend xəbər verir ki, o, səfərdən əvvəl jurnalistlərə açıqlamasında uçuşlarla bağlı aerofobiyası olduğunu və hər dəfə səfər zamanı həyəcan yaşadığını deyib:
“Əvvəllər məndə təyyarə ilə bağlı panik və aerofobiya var idi. Hər dəfə gedəndə çox həyəcan yaşayırdım. Amma indi çox sevinirəm ki, ilk dəfə Tbilisiyə səyahət edəcəyəm”.
Sərnişin biletlərin qiymətlərini də münasib qiymətləndirib:
“Qiymətlərdən, həqiqətən, məmnunam. Çox uyğun qiymətdir və ödəmək mümkündür”.
