Bakı. Trend:
İspaniya paytaxtı Madridin barlarından birində güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə Madridin Təcili Yardım Xidməti məlumat yayıb. Məlumata görə hadisə nəticəsində biri ağır olmaqla yeddi nəfər yaralanıb.
“El Pais” qəzetinin məlumatına əsasən, partlayışdan sonra binada yanğın meydana gəlib. Hadisə yerinə gələn yanğın-mühafizə briqadası alovu bir müddətdən sonra söndürməyə nail olub.
İlkin ehtimala görə, insident iaşə obyektinin soyuducu kamerasının təmiri zamanı baş verib.
