Bakı. Trend:
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının milli birliyinin, suverenliyinin və davamlı inkişafının rəmzi olan bu bayram, eyni zamanda dövlətçilik ənənələrinə hörməti, sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması istiqamətində səyləri əks etdirir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və doğma ölkənin firavanlığı naminə görülən işlərdə yeni müvəffəqiyyətlər arzu edirəm".
