Qərbi Avropa ölkələrində temperatur rekordları qeydə alına bilər

Dünya xəbərləri Materials 25 May 2026 19:48 (UTC +04:00)
Qərbi Avropa ölkələrində temperatur rekordları qeydə alına bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi Qərbi Avropa ölkələrində may ayının sonlarında temperatur rekordları qeydə alına bilər.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

İspaniya və Portuqaliyada bu həftəni istilərin daha da şiddətlənəcəyi gözlənilir. Portuqaliyanın bəzi yerlərində temperatur 40 dərəcə Selsiyə çata bilər. Fransa, Belçika və Böyük Britaniyada da meteoroloqlar qarşıdakı günlərdə temperaturun may ayının orta səviyyəsindən xeyli yüksək olacağını proqnozlaşdırırlar.

Mayın 25-də Fransa meteorologiya xidməti Paris də daxil olmaqla 18 departament üçün isti hava xəbərdarlığı elan edib. Fransa paytaxtı hazırda Fransa Açıq tennis turnirinə ev sahibliyi edir və idmançılar və tamaşaçılar da 30 dərəcə Selsi (86 dərəcə Farenheyt) istilərlə üzləşirlər.

Mayın 25-də Britaniya meteoroloqları bu ilin may ayı üçün ölkədə ən yüksək temperaturu qeydə alıblar. London ətrafında istilik 34 dərəcə Selsiyə çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti