"Starlink" Qırğızıstanda istifadəyə verilib

Dünya xəbərləri Materials 25 May 2026 19:41 (UTC +04:00)
"Starlink" Qırğızıstanda istifadəyə verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Maskın "Starlink" peyk interneti rəsmən Qırğızıstanda istifadəyə verilib. Xidmətin istifadəyə verilməsi 2026-cı il mayın 25-də baş tutub və ölkə şirkətin rəsmi əhatə xəritəsində xidmətin əlçatan olduğu ərazi kimi göstərilib.

Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

Layihənin Qırğızıstandakı tərəfdaşı “Elkat” internet-provayderidir. Şirkətdən bildirilib ki, xidmət aktiv inkişaf mərhələsinə keçir. Bu isə istifadəçilərin tammiqyaslı qoşulmasına və infrastrukturun genişləndirilməsinə başlanılması deməkdir.

Fərdi müştərilər üçün abunə haqqı ayda 10 min somdan başlayır (təxminən 198 manat). Starlink Mini avadanlıq dəstinin qiyməti isə 36 min somdur (təxminən 713 manat).

Qırğızıstanda xidmətin istifadəyə verilməsi "Starlink"in Mərkəzi Asiya ölkələrində ekspansiyasının davamıdır. Belə ki, 2026-cı ilin fevralında xidmət Tacikistanda əlçatan olub, daha əvvəl isə Qazaxıstan və Azərbaycanda istifadəyə verilib.

"Starlink" — İlon Maskın "SpaceX" şirkətinə məxsus peyk internet xidmətidir. Sistem aşağı orbitli peyklər şəbəkəsi vasitəsilə internetə çıxış təmin edir. Xidmət zəif və ya ümumiyyətlə yerüstü rabitənin olmadığı bölgələr üçün nəzərdə tutulub və qoşulma üçün xüsusi peyk antenindən istifadə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti