ABŞ Səudiyyə Ərəbistanında kamikadze dronlar istehsal edəcək

Dünya xəbərləri Materials 25 May 2026 20:35 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanında kamikadze dronlar istehsal edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin “Vector Defense” şirkəti Səudiyyə Ərəbistanından olan “SR2 Defense Systems” startapı ilə Ər-Riyad yaxınlığında kamikadze tipli dronların istehsalı üzrə zavod inşa etməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayb.

Məlumata görə, birgə müəssisədə İranın “Şahid” kamikadze dronları üslubunda “Skywasp” pilotsuz uçuş aparatlarının istehsalı planlaşdırılır. PUA 1,5 min km-ə qədər məsafədə olan hədəfləri dəf edə bilir.

Dronlar təkcə Səudiyyə Ərəbistanı üçün yox eyni zamanda ixrac üçün nəzərdə tutulub. İstehsal həcmləri barədə hələlik məlumat verilmir. Bununla belə birgə müəssisənin həmtəsisçisi Lüsyen Zeyqler bildirib ki, buraxılan hərbi məhsullar krallığın strateji qabaqlama ilə bağlı tələblərinə cavab verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti