DGK Bakı-Tbilisi-Bakı qatarında çalışanlara xüsusi təlim keçdi (FOTO)

Cəmiyyət Materials 26 May 2026 09:48 (UTC +04:00)
DGK Bakı-Tbilisi-Bakı qatarında çalışanlara xüsusi təlim keçdi (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Baki-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarında fəaliyyət göstərən əməkdaşları üçün gömrük prosedurlarına dair təlim keçirilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, təlim sərhədkeçmə zamanı tətbiq edilən gömrük prosedurları ilə bağlı biliklərin və praktik bacarıqların artırılması məqsədilə təşkil olunub.

Təlim zamanı iştirakçılara gömrük nəzarətinin məqsədi, mərhələləri və istiqamətləri, gömrük nəzarəti zamanı bələdçilərin davranış qaydaları, baqaj nəzarəti, qadağa və məhdudiyyətlər, risk indikatorları, “smart customs” mobil tətbiqi və digər məsələlərlə bağlı xüsusi təqdimat əsasında məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti