Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

Cəmiyyət Materials 26 May 2026 10:27 (UTC +04:00)
Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2027-ci ildən başlayaraq ümumi orta və tam orta təhsil pillələri üzrə keçiriləcək buraxılış imtahanlarında xarici dil fənni üzrə şagirdlərdən minimum 100 sözdən ibarət paraqraf yazılması tələb ediləcək.

Trend-in məlumatına görə, bu yenilik Dövlət İmtahan Mərkəzinin yaydığı açıqlamada öz əksini tapıb.

Bildirilib ki, məsələ Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsi üzrə xarici dil fənləri üçün yenilənmiş imtahan modelinin təqdimatı zamanı xüsusi olaraq diqqətə çatdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti