Bakı.Trend:
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində (27-31 may tarixlərində) Bakı-Balakən-Bakı xətti üzrə qatarlara tələbata uyğun olaraq "Standart" və "Standart+" sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə qatar reysləri təşkil edəcək.
Bundan əlavə, Qurban bayramı ilə əlaqədar mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə ikitərəfli reyslər təşkil ediləcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
