Bakı. Trend:
"Kredit Servis Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinnin (MMC) nizamnamə kapitalı azaldılır.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Belə ki, "Kredit Servis BOKT"un nizamnamə kapitalı azaldılaraq 1 032 934 manat olub.
Buna qədər isə BOKT-un nizamnamə kapitalı 1 282 934 manat idi.
Sözügedən BOKT 2011-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un qanuni təmsilçisi Süleymanov Teymur Şəkərəli oğludur.
