WUF13-də qadın iştirakçılığı, dövlətlərin qarşısında dayanan öhdəliklər geniş müzakirə edilib - Komitə sədri

Cəmiyyət Materials 26 May 2026 12:43 (UTC +04:00)
WUF13-də qadın iştirakçılığı, dövlətlərin qarşısında dayanan öhdəliklər geniş müzakirə edilib - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, qadınlar onların arxasında güclü dövlət müdafiəsi dayandığını bilirlər:

“Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı davamlı iclaslar, görüşlər keçiririk, müzakirələr aparırıq. Hazırda istər milli, istərsə də beynəlxalq və qlobal səviyyədə elə bir platforma yoxdur ki, orada ailə, qadın və uşaq məsələləri yer almasın”.

Millət vəkili vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qadın iştirakçılığı, onların prosesə verəcəyi töhfələr, dövlətlərin qarşısında dayanan öhdəliklər də geniş müzakirə edilib:

“Yəni, bu gün elə bir vəziyyət yaranıb ki, hər bir məsələnin həlli bərabər iştirakçılıq tələb edir. Azərbaycan bir sıra siyasi, iqtisadi təşəbbüslərin müəllifidir. Müxtəlif beynəlxalq təşkilatların yanında Qadınlar Şurasının və ya Qadın Şəbəkəsinin yaradılması təklifi də məhz Azərbaycana məxsusdur. Bu tədbirlərin pozitiv nəticələri var”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti