Kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb

İqtisadiyyat Materials 26 May 2026 17:25 (UTC +04:00)
Kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il martın sonuna banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilmiş maliyyə icarəsi xidmətlərinin həcmi 46 milyon manat olub.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

“Maliyyə icarəsi əməliyyatlarının inkişafı üçün geniş potensial mövcuddur. Maliyyə icarəsi fəaliyyəti üzrə potensialın reallaşdırılması məqsədilə hüquqi və tənzimləmə sahəsində islahatların aparılması və maliyyə icarəsi sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması zəruri hesab edilir”, - məlumatda qeyd edilib.

Bundan əlavə bildirilib ki, BOKT sektoru maliyyə xidməti məhsullarının diversifikasiyası və maliyyə inklüzivliyinin təşviqi üçün əhəmiyyətli potensiala malikdir. 2025-ci ilin III rübünün sonunda ölkədə 90 BOKT, o cümlədən 36 kredit ittifaqı fəaliyyət göstərsə də, onların ümumi aktivləri maliyyə sektorunun ümumi aktivlərinin payının 1,8 faizidir (“Aqrarkredit” QSC-nin aktivləri nəzərə alınmadan).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti