Bakı.Trend:
Naxçıvanda külli miqdarda qanunsuz siqaret dövriyyədən çıxarılıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan tütün məmulatları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aparılan tədbirlər zamanı Naxçıvan şəhər sakininə məxsus 41 min 220 ədəd müxtəlif markalı, məcburi nişanlanma ilə nişanlanmamış siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
