Şabranda selin yollarda yaratdığı fəsadlar aradan qaldırılır (VİDEO)

Hadisə Materials 26 May 2026 15:42 (UTC +04:00)
Şabranda selin yollarda yaratdığı fəsadlar aradan qaldırılır (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şabranda sel sularının avtomobil yollarında yaratdığı fəsadların aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hazırda Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci və 8-ci kilometrlərində, həmçinin Şabran–Qalaaltı yolunun 6-cı kilometrliyində işlər aparılır.

Ərazilərdə qazıntı və əks-dolğu işləri görülür, suötürücü boruların bərpası həyata keçirilir.

Məlumata görə, yaranmış problemlərin aradan qaldırılması və nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Hərəkətin təhlükəsiz təşkili üçün zəruri addımlar atılır.

Bildirilib ki, sel sularının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər də həyata keçirilir.

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti