Bakı. Trend:
Mayın 27-də bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə,
Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan,
Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək
güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
