İsrail Livandakı "Hizbullah" mövqelərinə qarşı əməliyyatları genişləndirəcək

Dünya xəbərləri Materials 26 May 2026 03:11 (UTC +04:00)
İsrail Livandakı "Hizbullah" mövqelərinə qarşı əməliyyatları genişləndirəcək

Bakı. Trend:

İsrailə qarşı davam edən pilotsuz uçuş aparatı hücumları fonunda ölkə Livandakı "Hizbullah" hədəflərinə hərbi təzyiqi gücləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Telegram" kanalında paylaşdığı videomüraciətdə danışıb.

Baş nazir bildirib ki, İsrail hazırda "Hizbullah"la silahlı qarşıdurma şəraitindədir. Onun sözlərinə görə, son həftələr ərzində İsrail ordusu 600-dən çox silahlını zərərsizləşdirib.

Netanyahu vurğulayıb ki, İsrail qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələri davam etdirəcək. O əlavə edib ki, İsrail ərazisinə göndərilən dronlarla bağlı məsələlərlə xüsusi yaradılmış qrup məşğul olur.

Xəbər lenti

Xəbər lenti