Rusiya Azərbaycandan elektrik enerjisi ixracını artırıb

Energetika Materials 26 May 2026 14:07 (UTC +04:00)
Rusiya Azərbaycandan elektrik enerjisi ixracını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 32,068 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,589 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 5,4 milyon kVt/saat və ya 20,4%, dəyər ifadəsi ilə isə 522 min ABŞ dolları, yaxud 48,9% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Rusiyadan 722 min ABŞ dolları dəyərində, 18,568 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 min ABŞ dolları və ya 6,3% çox, həcm ifadəsində isə 327 min kVt/saat və ya 14,2% azdır.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon kVt/saat və yaxud 4,5 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk üç ayında Azərbaycan sözügedən ölkələrdən 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 421 min ABŞ dolları və ya 45,1%, həcm ifadəsində isə 2,4 milyon kVt/saat və ya 8,1% çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti