Bakı.Trend:
Türkiyənin İzmir şəhərində jandarmanın Güzelbahçe Bələdiyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı CHP-li bələdiyyə sədri Mustafa Günay və şəhərsalma idarəsinin müdiri də daxil olmaqla çoxsaylı şəxs saxlanılıb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Güzelbahçe Bələdiyyəsinə qarşı keçirilən əməliyyat çərçivəsində hazırkı bələdiyyə sədri Mustafa Günay və onun sələfi – keçmiş bələdiyyə sədri Mustafa İnce də daxil olmaqla azı 5 nəfər saxlanılıb.
Saxlanılan şübhəlilər xəstəxanada tibbi müayinədən keçirildikdən sonra dindirilmək üçün İzmir Vilayətinin Jandarma İdarəsinə təhvil verilib.
Əməliyyat çərçivəsində jandarma əməkdaşlarının Güzelbahçe Bələdiyyəsinin binasına daxil olaraq başladığı sənədlər və rəqəmsal materiallarla bağlı axtarış tədbirlərinin isə hələ də davam etdiyi bildirilib.
