ABŞ və Ermənistan arasında memorandum imzalanacaq

Siyasət Materials 26 May 2026 09:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda anlaşma memorandumu imzalayacaqlar.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

“ABŞ dövlət katibi Marko Rubio İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Anlaşma memorandumunun imzalanma mərasimində iştirak edəcək”, – məlumatda bildirilir.

Rubio-Mirzoyan görüşü Bakı vaxtı ilə 15:30-da baş tutacaq. Sənədin isə 16:00-da imzalanması nəzərdə tutulur. Memorandumun məzmunu barədə məlumat verilmir.

Qeyd edək ki, Rubio bu günErmənistana səfər edəcək. Səfər çərçivəsində dövlət katibinin Mirzoyanla görüşü keçiriləcək, görüşdən sonra tərəflər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər. Həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti