Yunanıstan Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 26 May 2026 15:56 (UTC +04:00)
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 284,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz çoxdur. Həcm baxımından isə 52 min ton və ya 22,4 faiz artım qeydə alınıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 129 milyon ABŞ dolları dəyərində 232,4 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti