Bakı.Trend:
İqlim dəyişikliklərinə həssas regionlar üzrə erkən xəbərdarlıq sistemi qurulacaq.
Trend xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Bununla bağlı əsas icraçı qurum Kənd Təsərrüfatı Nazirliyi, digər icraçılar isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Su Ehtiyatları Agentliyidir.
Sənədə əsasən, 2027− 2030- cu illərdə erkən xəbərdarlıq sisteminin 3 regionda tətbiq ediləcək. Prioritetləşmiş regionlar üzrə erkən xəbərdarlıq sistemləri qurulacaq.
