MDB ölkələrinin təhlükəsizlik qurumlarının rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 26 May 2026 07:36 (UTC +04:00)
MDB ölkələrinin təhlükəsizlik qurumlarının rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri əməkdaşlığın daha da gücləndirilməsi və terrorizmlə mübarizə sahəsində təcrübə paylaşımı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Trend xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi açıqlama yayıb.

Məlumatda bildirilib ki, 26 may 2026-cı ildə İrkutsk vilayətində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci toplantısı keçiriləcək.

Qeyd olunub ki, iclas zamanı MDB məkanında xüsusi xidmət orqanları arasında əsas fəaliyyət istiqamətləri üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olacaq.

Açıqlamaya əsasən, görüşdə dini radikalizmin yayılmasına qarşı mübarizə, transmilli terror təhlükələrinin qarşısının alınması istiqamətində təcrübə mübadiləsi aparılması nəzərdə tutulur. Bununla yanaşı, kollektiv antiterror müdafiə sisteminin mövcud vəziyyəti dəyərləndiriləcək və 2025-ci ildə keçirilmiş birgə antiterror təlimlərinin yekunları müzakirə olunacaq.

İştirakçıların həmçinin 2023-2025-ci illər üzrə terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq proqramının icrasını nəzərdən keçirəcəyi, eləcə də 2025-2027-ci illəri əhatə edən deradikalizasiya proqramının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti