Çilidə güclü zəlzələ olub

Dünya xəbərləri Materials 26 May 2026 02:08 (UTC +04:00)
Çilidə güclü zəlzələ olub

Bakı. Trend:

Çilidə 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 143 min nəfərin yaşadığı Kalama şəhərindən 16 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı 120 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti