Kanadadanın Baş naziri ölkədə referendumun keçirilməsi planlarını pisləyib

Dünya xəbərləri Materials 26 May 2026 10:23 (UTC +04:00)
Kanadadanın Baş naziri ölkədə referendumun keçirilməsi planlarını pisləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kanadanın Baş naziri Mark Karni Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı referendumun keçirilməsini faydasız və qeyri-demokratik hesab etdiyini bildirib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“Belə fundamental məsələlərin (Albertanın Kanadadan ayrılması məsələsinin – red) qaldırılması faydalıdırmı? Əlbəttə ki, yox”, – deyə siyasətçi bildirib.

“Bu, Alberta sakinlərinin demokratik iradəsidirmi, onlar son əyalət seçkilərində buna səs veriblərmi? Xeyr, verməyiblər”, - o deyib.

Karni əlavə edib ki, əyalətin Kanadanın tərkibində qalması üçün kampaniya aparmaq niyyətindədir, çünki “birlikdə olduğumuz halda, şübhəsiz ki, daha güclüyük”.

Ötən həftə Alberta əyalətinin rəhbəri Danielle Smith bildirib ki, oktyabrın 19-da sakinlərdən əyalətin Kanadadan ayrılması məsələsi üzrə səsvermədə iştirak etmələri xahiş olunacaq. Onun sözlərinə görə, vətəndaşlardan Albertanın Kanadanın əyaləti olaraq qalmalı olub-olmaması və ya bu məsələ ilə bağlı məcburi əyalət referendumunun keçirilməsi üçün ölkə konstitusiyasında nəzərdə tutulmuş hüquqi prosedurun başlanmasının vacibliyi soruşulacaq.

Qeyd edək ki, Alberta əyaləti 1905-ci ildə rəsmi olaraq Kanadanın tərkibinə daxil edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti