Mauritsio Sarrinin yeni klubu müəyyənləşib

İdman Materials 26 May 2026 09:37 (UTC +04:00)
Mauritsio Sarrinin yeni klubu müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Atalanta”ya keçməyə yaxındır.

Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb

Məlumata görə, 67 yaşlı italiyalı mütəxəssis Berqamo təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb və yaxın vaxtlarda rəsmi sözləşməyə imza atacaq.

Gözlənilir ki, Mauritsio Sarri baş məşqçi vəzifəsində Raffaele Palladinonu əvəzləsin. 2025-ci ilin noyabrından komandaya rəhbərlik edən italiyalı məşqçinin rəhbərliyi altında “Atalanta” A Seriyasını 7-ci pillədə başa vurub.

Həmçinin, Romano xəbər verir ki, Sarrini “Latsio”da Cennaro Qattuzo əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti