Ağsuda ağır qəza: Ölənlər var

Hadisə Materials 26 May 2026 08:55 (UTC +04:00)
Ağsuda ağır qəza: Ölənlər var

Bakı. Trend:

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti