Bu gün Azərbaycanda qısaldılmış iş günüdür

Gündəm Materials 26 May 2026 09:51 (UTC +04:00)
Bu gün Azərbaycanda qısaldılmış iş günüdür
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.

Trend xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Sabah Qurban bayramı qeyd olunacağı üçün bu gün iş vaxtı bir saat azaldılıb.

Qeyd edək ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27-31 may tarixləri ölkədə qeyri iş günü olacaq. Azərbaycanda növbəti iş günü isə iyunun 1-nə təsadüf edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti