Yaxın Şərqdəki boğazlar açıq qalacaq – Rubio

Dünya xəbərləri Materials 26 May 2026 11:02 (UTC +04:00)
Yaxın Şərqdəki boğazlar açıq qalacaq – Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın Şərqdəki boğazlar nəyin bahasına olursa olsun, açıq qalacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı hərbçilərin İran obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.

“Boğazlar açıq olmalıdır və bu, təmin ediləcək”,- deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

O əlavə edib ki, Tehranla mümkün razılaşmanın detalları üzrə danışıqların yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığı (CENTCOM) İranın cənubuna zərbələrin endirildiyini təsdiqləyib. Komandanlığın nümayəndəsinin sözlərinə görə, bu addımlar amerikalı hərbi qulluqçuların İran Silahlı Qüvvələrindən qaynaqlanan təhdidlərdən qorunması məqsədilə özünümüdafiə çərçivəsində atılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti