İran ABŞ-yə məxsus “MQ9” PUA-sını vurub

Dünya xəbərləri Materials 26 May 2026 11:46 (UTC +04:00)
İran ABŞ-yə məxsus “MQ9” PUA-sını vurub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusuna məxsus bir ədəd “MQ9” Pilotsuz Uçuş Aparatı İran səmasına daxil olduğu üçün vurulub.

Trend xəbər verir ki, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.

Məlumata görə, ABŞ ordusuna məxsus uçuş aparatları İranın ərazisinə daxil olduqlarına görə, onlara atəş açılıb. Nəticədə “RQ4” PUA-sı və “F35” qırıcı təyyarəsi ölkə səmasından uzaqlaşıb.

“İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ ordusu tərəfindən atəşkəsin istənilən formada pozulması haqda xəbərdarlıq edir və qarşılıqlı olaraq cavabın verilməsini öz qanuni haqqı hesab edir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti