"Anglo Asian Mining" Gədəbəy yatağında filiz hasilatı üzrə məlumatları açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2026 11:53 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"Anglo Asian Mining" şirkəti Azərbaycandakı “Gədəbəy” yatağında 2025-ci il üzrə filiz hasilatı ilə bağlı məlumatları açıqlayıb.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

“Gədəbəy” açıq karxanas;nda hasilat 682 495 ton, “Qadir” yeraltı mədənində isə 13 592 ton təşkil edib. Yeni “Gilar” yeraltı mədəninin payına isə 544 459 ton düşüb.

İl ərzində “Gədəbəy” obyektlərində hasil edilmiş filizin ümumi həcmi 1 240 546 tona çatıb.

“Gədəbəy” dağ-mədən kompleksi Azərbaycanın qərbində, Kiçik Qafqaz dağlarında yerləşən və təxminən 300 kvadratkilometr sahəni əhatə edən müqavilə ərazisində yerləşir. Burada şirkətin açıq mədəni və emal gücləri, o cümlədən qarışdırmalı yuyulma və flotasiya-zənginləşdirmə qurğuları fəaliyyət göstərir.

Yeni “Gilar” yeraltı mədəni 2025-ci ildə istismara verilib: ilk filiz mart ayında çıxarılıb, hasilata isə mayda başlanılıb. “Gədəbəy” ərazisində həmçinin “Zəfər” yeraltı mədəni də mövcuddur. Burada giriş ştreklərindən biri inşa edilsə də, növbəti işlər hələlik dayandırılıb.

“Gədəbəy”də qızıl hasilatına 2009-cu ilin sentyabrında başlanılıb. İlkin mərhələdə işlənmə açıq üsulla aparılıb, yeraltı hasilata isə 2015-ci ildə “Qadir” mədəninin işə salınması ilə start verilib. 2020-ci ildə əsas karxananın altında yeraltı hasilata başlanılıb.

Hasilatın başlanmasından 2025-ci il dekabrın 31-dək “Gədəbəy”də təxminən 850 min unsiya qızıl və 26 min ton mis istehsal olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti