Bulvarda gənclərə qarşı zorakılıq: şübhəli şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 26 May 2026 13:10 (UTC +04:00)
Bulvarda gənclərə qarşı zorakılıq: şübhəli şəxs saxlanıldı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Dənizkənarı bulvarında gənc qız və oğlana qarşı baş verdiyi iddia edilən zorakılıq hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Trend xəbər verir ki, kadrlarda naməlum şəxsin bulvar ərazisində çəkiliş aparan gənc xanıma yaxınlaşaraq ona qarşı qeyri-etik davranış sərgiləməyə çalışdığı və nəticədə tərəflər arasında gərginliyin yarandığı görünür.

Hadisə ətrafda olan şəxslərin də diqqətini cəlb edib.

Məlumata əsasən, gənc xanım paylaşdığı videomüraciətdə həmin şəxsin ona qarşı zorakılıq etməyə cəhd göstərdiyini bildirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisənin baş verdiyi anlar əks olunub.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti