Bakı.Trend:
Dövlət tərəfindən minadan zərərçəkənlərə göstərilən dəstəyi alqışlayıram.
Mina qurbanı Asəf Xudiyev dövlət tərəfindən minadan zərərçəkən şəxslərə göstərilən dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Trend xəbər verir ki, bunu mina qurbanı Asəf Xudiyev “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd edib.
O bildirib ki, mina partlayışı nəticəsində sol ayağını itirsə də, aktiv həyat tərzini davam etdirir.
“Dövlət tərəfindən minadan zərərçəkənlərə göstərilən dəstəyi alqışlayıram. Bu layihədə iştirak edirəm. Ayağımı itirsəm də, hər şeydən təcrid olunmamışam. Hazırda ANAMA-da çalışıram”, – deyə Asəf Xudiyev bildirib.
O vurğulayıb ki, həyata keçirilən layihələr mina qurbanlarının cəmiyyətə inteqrasiyasına, məşğulluq imkanlarının genişlənməsinə və gələcəyə daha inamla baxmasına mühüm töhfə verir.
