Güclü yağış metronun intervalına təsir edib

Cəmiyyət Materials 26 May 2026 16:55 (UTC +04:00)
Güclü yağış metronun intervalına təsir edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən qatarların hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.

Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti