Bakı.Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan İrana 210,7 min ABŞ dolları dəyərində 3,131 milyon kubmetr təbii qaz (qaz şəklində) ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Ötən ilin yanvar-mart aylarında Azərbaycandan İrana ixrac olunan qazın hcəmi barədə məlumat dərc olunmamışdı.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 322,4 milyon ABŞ dolları və ya 14,6% azdır, fiziki həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% artım qeydə alınıb.
Bununla yanaşı, cari ilin yanvar-mart aylarında Azərbaycana təbii qaz yalnız bir ölkədən – İran İslam Respublikasından idxal olunub. İdxalın həcmi 134,3 milyon kubmetr (qaz şəklində) , dəyəri isə 9,041 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ölkəxaricindən idxal olunan təbii qaz dəyər ifadəsində 13,4 milyon dollar və ya 2,5 faiz, fiziki həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8 faiz azalıb.
