Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək (FOTO)

Cəmiyyət Materials 26 May 2026 15:18 (UTC +04:00)
Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 29-dan 30-dək Xankəndi şəhərində “Qəhvə və Çay Festivalı” keçiriləcək.

Trend xəbər verir ki, Flawless Solutions şirkətinin təşkilatçılığı ilə şəhərin Zəfər meydanında baş tutacaq ikigünlük festivalla bağlı artıq hazırlıqlara başlanılıb, köşklər quraşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək. Tanınmış sənət adamları, rəqs qrupları ifa və çıxışları ilə festivala rəng qatacaq. Əyləncə proqramları da ziyarətçilərdə xoş əhval yaradacaq.

Qeyd edək ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti