Bakı. Trend:
"FINCA Azerbaijan" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə hesabatına əsasən, hesabat dövründə faiz gəlirləri 21 milyon 196 min manat (4% artım), faiz xərcləri isə 6 milyon 955 min manat təşkil edib. İnzibati və əməliyyat xərcləri 13 milyon 197 min manat olub.
2025-ci il sonuna təşkilatın cəmi aktivləri 75 milyon manat səviyyəsində formalaşıb. Aktivlərin əsas hissəsini 63 milyon manatlıq müştərilərə verilmiş kreditlər təşkil edib. Cəmi öhdəliklər 1,2% azalaraq 57 milyon 571 min manat olub.
Şirkətin cəmi kapitalı 17 milyon 458 min manat, bölüşdürülməmiş mənfəəti isə 13 milyon 702 min manat təşkil edib.