Milli Məclis Dövlət Komitəsinin illik məlumatını qəbul edib

Cəmiyyət Materials 26 May 2026 12:56 (UTC +04:00)
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını qəbul edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını qəbul edib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, təqdim edilən illik məlumatda 2024- cü il üzrə məlumatdan fərqli olaraq aşağıdakı məsələlərə dair yeni məlumatlar daxil edilib:

  • Azərbaycanda ali təhsil müəssisələrində gender məsələləri ilə bağlı tədris olunan fənlər;
  • Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların regionlar üzrə bölgüsü;
  • 2025-ci il ərzində mediada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi təbliğ və təşviq edən, ailə institutunu nüfuzdan salan informasiyaların qarşısının alınması ilə bağlı aparılmış monitorinqlər;
  • Məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlər;
  • 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlara istinad edilmiş məhkəmə işləri;
  • Aliment ödəməkdən yayınan valideynlər və cəza tədbirləri;
  • 2025-ci ildə ana və uşaq ölümü halları;
  • Hamiləlikdən qorunma üsullarından (kontraseptiv vasitələrdən) istifadə ilə bağlı;
  • Azərbaycan Hava Yolları QSC-nin məlumatları.

Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını dinləyərək nəzərə alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti