Yevlaxda avtomobil piyadaları vurdu: bir nəfər öldü, bir nəfər yaralandı

Hadisə Materials 26 May 2026 23:53 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı nəvə həyatını itirib, baba isə ağır xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında hərəkət edən baba və nəvəni vurub.

Nəticədə nəvə hadisə yerində dünyasını dəyişib, ağır xəsarətlər alan baba isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti