Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlanıb

Energetika Materials 26 May 2026 18:44 (UTC +04:00)
Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 169 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 319,4 min ton xam neft və neft məhsulları ixrac edilib.

Trend Azərbaycanın Dövlət Gömrük komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 21 milyon ABŞ dolları və ya 11 faiz, fiziki həcm ifadəsində isə 34,6 min ton və ya 9,8 faiz azalıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 190 milyon ABŞ dolları dəyərində 354 min ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti