Rusiyada yeni ticarət gəmiləri ilə bağlı göstəriş verildi

Dünya xəbərləri Materials 26 May 2026 20:38 (UTC +04:00)
Rusiyada yeni ticarət gəmiləri ilə bağlı göstəriş verildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Birləşmiş Gəmiqayırma Korporasiyası (OSK) qarşıdakı 10 il ərzində köhnə gəmiləri əvəz etmək məqsədilə 500 yeni quru yük gəmisi, konteynerdaşıyan gəmi və tanker inşa etməlidir.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir

Donanmanın yenilənməsi proqramının parametrləri aprelin 30-da Rusiya Federasiyasının Baş nazirinin birinci müavini Denis Manturovun sədrliyi ilə keçirilən müşavirədə razılaşdırılıb. Proqrama əsasən, 2030-cu ilədək yaşı 40-dan çox olan bütün “çay-dəniz” tipli gəmilərin istismardan çıxarılması, yeni gəmilər üçün isə maksimal istismar müddətinin 50 il müəyyənləşdirilməsi nəzərdə tutulur.

Yeni gəmilər üçün güzəştli lizinq mexanizminin ilkin olaraq dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılırdı. 2026–2030-cu illər ərzində bu məqsədlə 290 milyard rubl (təxminən 6,9 milyard manat) ayrılması müzakirə olunurdu. Həmçinin dövlət dəstəyi mexanizminin yaradılması da gündəmdə idi. Lakin “Kommersant” qəzetinin məlumatına görə, hazırda büdcə maliyyələşdirilməsinin investisiya yığımı ilə əvəz edilməsi təklif olunur.

Mənbənin sözlərinə görə, bu yığım iki əlavə ödənişdən ibarət olacaq: gəmilərin texniki baxışı və təsnifləşdirilməsi tarifinə (30 yaşadək və 30 yaşdan yuxarı gəmilər üçün) tətbiq edilən əlavə haqq, həmçinin daşınan hər ton yükə görə liman rüsumuna əlavə ödəniş. Hökumət bu mexanizm vasitəsilə 2026–2030-cu illərdə 210 milyard rubl (təxminən 5 milyard manat) vəsait toplamağı planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti