Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı

Cəmiyyət Materials 26 May 2026 19:16 (UTC +04:00)
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

Trend xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti